Səfirliyə hücum edən şəxsin kimliyi bilindi

Səfirliyə hücum edən şəxsin kimliyi bilindi
Oxunma sayı: 11218

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin kimliyi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mouze” teleqram kanalı yayıb. 

Məlumata görə, həmin şəxs İran vətəndaşı Yasin Hüseynzadədir.

Xatırladaq ki, yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı mühafizə xidmətinin rəisi Orxan Əsgərov qətlə yetirilib, daha iki nəfər yaralanıb.

Həmçinin oxuyun:  Определились победители лотереи Birbank