“Səfirliyə qarşı hücum bizi sarsıdıb” - İsrail XİN

sefirliye-qarsi-hucum-bizi-sarsidib
Oxunma sayı: 2736

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail XİN-in rəsmi sözçüsü Lior Haiat öz tviter hesabında etdiyi paylaşımda qeyd edib. 

“Azərbaycan xalqına və hökumətinə, eləcə də həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə paylaşımda deyilir.

Bununla yanaşı, İsrailin Azərbaycandakı səfiri Corc Dik də Tehranda Azərbaycan səfirliyinə qarşı terror hücumu ilə bağlı paylaşım edib: “İsrail səfirliyi bu çətin vaxtda Azərbaycan xalqı ilə həmrəydir”.