Şəhid anası və şəhid oğlu məktəb direktoru təyin edildi

sehid-anasi-ve-sehid-oglu-mekteb-direktoru-teyin-edildi
Oxunma sayı: 5294

Azərbaycanda şəhid anası və şəhid oğlu məktəb direktoru təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev müvafiq əmri imzalayıb.

Həmçinin oxuyun: Хулуси Акар заплакал, вспоминая этого азербайджанского шехида - Видеорепортаж

Qərara əsasən, Zəngilan rayon 11 nömrəli tam orta məktəbin tarix müəllimi Zeynalov Camal Dadaş oğlu Zəngilan rayon 23 nömrəli tam orta məktəbə, Zəngilan rayon 7 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Aygün Məmməd qızı isə həmin məktəbə direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, C.Zeynalovun atası Dadaş Zeynalov Qarabağ müharibəsində, 1993-cü ildə Zəngilan şəhəri ərazisində, A.Məmmədlinin oğlu Müşfiq Orucov isə Aprel döyüşlərində, 2016-cı ilin aprel ayında Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.