3 noyabrda şəhid Fuad Bağırovun doğum günü ilə əlaqədar Salyan RQİİ-nin rəhbər şəxsləri onun Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər.
“Qafqazinfo” xəbər verir ki, sonra onlar şəhidin ailəsinin yaşadığı ünvana baş çəkiblər.
Birliyin məsul şəxsləri şəhid ailəsinin qayğıları ilə maraqlandıqdan sonra Fuad Bağırovun əziz xatirəsi yad edilib.
Xatırladaq ki, Fuad Bağırov 2016-cı il Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən rəşadətli Azərbaycan Ordusunun baş leytenantlarından olub.
Qeyd edək ki, şəhidin anası Bağırova Fəridə Salyan RQİİ-nin Şirvan xidmət sahəsinin əməkdaşıdır.