Şəhid Orxan Bakıda dəfn olunacaq

Şəhid Orxan Bakıda dəfn olunacaq
Oxunma sayı: 5972

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun dəfn yeri müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhidimiz Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Hazırda dəfn mərasimi üçün hazırlıq işləri görülür.

Şəhidimizin sabah dəfn olunacağı gözlənilir.