Şəhid Orxan Əsgərovla vida mərasimi keçirildi - Video

sehid-orxan-esgerovla-vida-merasimi-kecirildi-video
Oxunma sayı: 10590

İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovla vida mərasimi keçirilir.

“Qafqazinfo”nun əməkdaşı xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.

Mərasimdə şəhidin yaxınları, həmkarları, rəsmilər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra mərhum II Şəhidlər xiyabanında dəfn olunacaq.

***

Orxan Əsgərovun cənazəsi vida mərasimi üçün yaşadığı evə gətirilib.

Hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gecə Orxan Əsgərovun nəşi, yaralılar və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

***

Şəhid Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Şəhidin nəşi dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.

Fotolar: Müzəffər İsmayılov