Şəhidimiz tanınmış həkimin oğlu imiş - Foto

sehidimiz-taninmis-hekimin-oglu-imis
Oxunma sayı: 18037

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həyatını itirən Orxan Əsgərovla bağlı bir sıra nüanslar məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əslən Gəncədən olan şəhidimiz tanınmış həkimin oğludur. Orxanın atası Rizvan Əsgərov Gəncə şəhər birləşmiş xəstəxanasının Pediatriya Şöbəsinin müdiridir. R.Əsgərov uzun illərdir bu sahədə çalışır.

Orxan özü isə ABŞ-də təhsil alıbmış. Ailəli imiş, 2 övladı var.

Əməkdaşımız Orxanın Gəncədəki ata evinə gedib. Məlum olub ki, onun valideynləri dərhal Bakıya yola çıxıblar.

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb. 

Yunis Quliyev

Həmçinin oxuyun: Вот как террорист проник в посольство Азербайджана - Видео