Şəhidimizin tabutu İran əsgərlərinə etibar edilmədi - Video

sehidimizin-tabutu-iran-esgerlerine-etibar-edilmedi
Oxunma sayı: 11284

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.

“Qafqazinfo”nun məlumatına görə, şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.

Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.

Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.

Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.

Həmçinin oxuyun: Я 18 лет живу как “мужчина”... - Видео