Şəhidin adını daşıyan məktəbdə övladları ilə görüşdü - Video

sehidin-adini-dasiyan-mektebde-ovladlari-ile-gorusdu
Oxunma sayı: 3157

Elm və təhsil naziri Emin Əmrullayev Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin “Son zəng” mərasimində iştirak edib. 

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Nazir məktəbin adını daşıyan Ramiz Qasımovun övladları ilə də görüşüb.

Qeyd edək ki, pilot R. Qasımov Vətən müharibəsində iştirak edib, 2020-ci il oktyabrın 22-də şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Ramiz Qasımova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Həmçinin ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.