Avqustun 11-də saat 12 radələrində Şəki rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, “Opel” markalı avtomobil yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü Ramin Abdullayev və sərnişini vəfat edib.
Araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər