Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə axşam saatlarında rayonun İnçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Əfqan Mahmudov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər