Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Vüqar Məmmədovun idarə etdiyi “Wolskvagen Bora” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.
Qəzadan sonra idarəetmədən çıxan “Wolskvagen” Qurucana çayına düşüb.
Nəticədə sürücü, 34 yaşlı V. Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər