Şəkli anasının məzarına həkk olunan şəhid... - Video

sekli-anasinin-mezarina-hekk-olunan-sehid
Oxunma sayı: 2400

Yazar Sərdar Amin yutub kanalında I Qarabağ Müharibəsində şəhid olan, lakin nəşi ermənilər tərəfindən əsir götürülən Əliyev Vahid Balaca oğlu haqda videomaterial hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərdar Amin həmin videonu şəhidin atasından aldığı təsirli məktubdan sonra ərsəyə gətirib.

Belə ki, Vahid 23 yaşının tamamına 5 gün qalmış 1993-cü il aprelin 11-də Göygədik Ziyarət əməliyyatında xüsusilə fərqlənir və bu onun sonuncu döyüşü olur. Döyüşdə Vahid qıç nahiyəsindən yaralanır. Yoldaşları ona qayıt desələr də, qayıtmır, ayağını sarıyaraq yenidən önə keçir. Vahid aldığı döyüş tapşırığın tam dəqiq yerinə yetirir. Qumbaraatanla vurduğu səngərə atılmaq istəyəndə çox yaxın məsafədən onu vururlar. Həmin döyüşdə yoldaşları.V.Mais, Ə.Elmar da şəhid olaraq ermənilər tərəfindən əsir götürülür. İndiyə qədərdə onların nəşləri erməni tərəfində qalıb.

Həmin materialı təqdim edirik: