Şəmkirdə 464 m² sahədə kafe-mağazalar yandı

semkirde-464-m-sahede-kafe-magazalar-yandi
Oxunma sayı: 982

Şəmkir rayonunda ümumi sahəsi 2400 m² olan, bir dam altında tikilən, müxtəlif təyinatlı obyektlərin (kafe, mağazalar və s.) yanar konstruksiyaları 464 m² sahədə yanıb.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, tikililərin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.