Şəmkirdə ağır qəza - 2 ölü, 4 yaralı + Yenilənib

semkirde-agir-qeza
Oxunma sayı: 4583

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində Çaparlı kəndindən olan iki nəfər - 33 yaşlı Həsənov Əli Mürsəl oğlu, 35 yaşlı Aslanov Elməddin Mehbalı oğlu dünyalarını dəyişib. Dörd nəfər isə xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

*** 

Yaralılar: 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu, 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu.

Elmar Əli