Şəmkirdə 3 piyadanı avtomobil vurub.
“Qafqazinfo”nun xəbərinə görə hadisə rayonun Könüllü kəndində baş verib.
Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.
Hər 3 piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
***
“Report”un məlumatına görə, sentyabrın 28-də Könüllü kəndində avtomobilin vurduğu - 2009-cü il təvəllüdlü S.Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə zamanı biri məktəbli olmaqla daha 2 piyada da xəsarət alıb. Onların müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmar Əli