Şəmkirdə qəzada 3 nəfər yaralandı

semkirde-qezada-3-nefer-yaralandi
Oxunma sayı: 953

Şəmkirdə üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, hərəkətdə olan "VAZ 21015" və "Chevrolet Cruze" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - 1996-cı il təvəllüdlü Nurlan Rüstəmli, 1994-cü il təvəllüdlü Xatirə Qasımova və 1993-cü il təvəllüdlü Elməddin Bağırov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərinki isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli