Çənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 10 liderindən 7-si ABŞ-ın iştirakı ilə keçirilən zirvə görüşünə qatılmayıb.
“Qafqazinfo”nun “Komsomolskaya pravda” nəşrinə istinadən verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın dəvətinə baxmayaraq, sammitdə cəmi üç nümayəndə heyətinin üzvləri iştirak edib. Bunlar Tailand (bu il ASEAN-a sədrlik edir), Vyetnam və Laosun Baş Nazirləridir.
Blokun digər ölkələri - Sinqapur, Malayziya, İndoneziya, Bruney, Kamboca, Myanma və Filippin isə Xarici İşlər nazirləri səviyyəsində təmsil olunub.
Donald Trampın özü də ASEAN və Şərqi-Asiya ölkələri liderlərinin noyabrın 2-4-də Tailandın paytaxtında baş tutan sammitinə gəlməyib və nə vitse-prezidenti, nə dövlət katibini Banqkoka göndərib.
Zirvə görüşündə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen iştirak edib.
Son xəbərlər
Son Xəbərlər