Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Gültəkin Hacıbəylinin malik olduğu iddia edilən əmlakların siyahısının da əks olunduğu müəllif yazısı yazıb.
“Qafqazinfo” “Musavat.com”a istinadən deputatın yazısını təqdim edir:
“Ay Gültəkin, vay Gültəkin...
Nə günlərə qaldın sən?
Eqo, hikkə, təkəbbür səni haralara qədər endirdi, hansı rəzilliklərə qədər yuvarladı?
Bədbəxt adam!
Bir xəyanət qalmışdı, artıq o mövzuda da ismin keçir...
Hərgah, niyə və nəyə təəccüblənirik?!
Gültəkin – həmin Gültəkindir ki, bir vaxtlar YAP-ın mitinqində söylədiyi nitqi 10 il sonra nöqtəsinə - vergülünə belə toxunmadan “Milli Şura”nın mitinqində təkrarlamağı bacarıb.
Gültəkin – həmin buqələmundur ki, ingilis dili müəllimliyindən “ingilis bayrağı”na qədər böyük bir yol qət edib.
Gültəkin – həmin “işbaz”dır ki, vaxtilə deputat seçildiyi dairədəki obyektlərinin sayı seçicilərinin sayından daha çox olub.
Gültəkin – həmin nankordur ki, rəhmətlik Anar Məmmədxanovun yasında: “Hakimiyyət əlimdən hər şeyi alıb, sadəcə aylıq 30 - 40 minlik cib xərci (!) saxlayıb” - şikayətində bulunub. Riyakarcasına. Meşşancasına. Utanmazcasına.
(Haqqında bəhs etdiyi 30 - 40 min isə...kirayə verdiyi obyektlərdən və mənzillərdən gələn vəsait imiş)
Gültəkin – həmin saxtakardır ki, onu bu gün danışdıran səbəb - nə millət sevgisidir, nə də iddia elədiyi və guya dözə bilmədiyi haqsızlıq.
Onu danışdıran - MANDATSIZLIQDIR!
Sadəcə və sadəcə mandatsızlıq!
***
Təxminən 2 il əvvəl, Amerikadan veriliş yayımlayan “çeburaşka” (oxu: Sevinc Osmanqızı) Hacıbəyliyə sual ünvanlamışdı ki, necə oldu, müxalifətə keçdiniz?
Adam belə bir cavab vermişdi: “Adımı təmizləmək üçün...”
Riyakar insan!
Gəl, sənə “təmiz” və “sadə” keçmişindən sadəcə qısa ştrix(lər) xatırladım:
Dövlətdən alınan 3 mənzil.
Dilarə Əliyeva küçəsində (179 və 187 kv.m) 2 mənzil.
Yasamal rayonu, İnşaatçılar Prospektində (72 kv. m) 1 mənzil.
Səbail rayonu, Mehdi Hüseyn küçəsində (120 kv.m) 1 mənzil.
Nəsimi rayonu, Səməd Vurğun küçəsində (150 kv.m) 1 mənzil.
Şeyx Şamil küçəsində ucu - bucağı olmayan ofis.
Mehdiabadda (12 + 12 + 9), Goradildə 30, Xırdalanda 60, Şamaxının Qalebuğurd kəndində 12 sot torpaq.
Goranboyun az qala yarısı, restoranlar, daş karxanaları, su dəyirmanları...
Və daha bilmədiyimiz nələr - nələr...
2 çağırış deputatlıq müddətində icra başçıları, nazirlər, iş adamları sənin əlindən dad çəkib e, dad – ay “təmiz adam”!
Xəbərin varmı?!
İllərlə çökmüsən, hamının üzərinə. Tutduğundan qamarlamısan, tutmadığını, əlinə keçməyəni isə... ya “qaralamısan” ya şantaj eləmisən, ya da sonrakı etapa saxlamısan - Ramiz “dayı”sının ərköyün balası!
Fərqindəsənmi?!
Xatırlayıram, bir dəfə Cəmil Həsənli də oxşar mövzuda pafos üfürmüşdü. Ki, “Prezidentin verdiyi ordendən imtina edirəm...”
Və o zaman dediyim sözləri yenidən bu minsifətlilərin (həm yaramaz Gültəkinin, həm də “siyasi bomj” Cəmilin) yadına salmaq istəyirəm: Cəsarətiniz varsa, deputat kimi dövlətdən aldığınız evlərdən, bağlardan imtina edin. Elə təpərlisinizsə, bəyənmədiyiniz Parlamentin keçmiş mandatından, həmin mandatın sizə qazandırdığı, qazandıracağı imtiyazlardan (konkret: pensiyadan) imtina edin.
Hünəriniz çatırsa, 5-cə il müddətində yırtıcı kimi yağmaladığınız obyektlərdən imtina edin. Əlqərəz, pulla, maddiyyatla bağlı nədənsə imtina edin...
Edərsinizmi? Edə bilərsinizmi? - Əsla!
Çünki, “maraq adamı”sınız. Çünki, sizin “sədaqətiniz” işiniz keçənə qədərdir.
Çünki namərdsiniz, nanəcibsiniz, nankorsunuz!
Çünki xəyanətkarsınız!
***
Ona görə də bilin və agah olun:
Nə hazırda tökdüyünüz “timsah göz yaşları” köməyinizə çatacaq.
Nə də İstanbuldan, deportasiya otağından açıqlamalar yayıb, 2 dövlət arasındakı münasibətləri şantaj etməyə yönəlmiş uğursuz, məkrli cəhdləriniz...
***
Gələcəksən, Gültəkin!
Quzu balası kimi gələcəksən!
Az qaldı.
Əmin ol...”