Milli Məclisdə kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında bildirib.
“Yaxin 10 gündə Milli Məclisin Mədəniyyət komitəsində kino sənayesi, filmlərin çəkilişi və kinoların ƏDV-dən azad olunması ilə bağlı dinləmə keçiriləcək. Dinləməyə rejissorlar, prodüserlər, və başqa sənət adamları dəvət olunacaq. Bu istiqamətdə iş gedir”, - deyə deputat vurğulayıb.
Zaur Mirzə