“Yevlax görüşündə əlimizdən gələni etdik ki, ermənilərə başa salaq ki, sadə prinsiplər nədir, hansı sferalarda əməşdaşlıq etməliyik, sülh və inteqrasiya necə olmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “BBC”yə açıqlamasında deyib.
E.Əmirbəyov qeyd edib ki, 120 mindən söhbət gedə bilməz: “Bu, şişirdilmiş rəqəmlərdir. Orada yaşayan yerli ermənilər 50 mindən çox deyil. Biz onlara mövcud olan Ağdam və Laçın yolu ilə bütün tibbi, qida və digər ləvazimatları çatdırmışıq. Eləcə də, yaralılara kömək üçün əraziyə tibbi maşınlar da cəmləşdirilib ki, yaralılara qayğı göstərilsin. Biz ermənilərdən söz verdikləri kimi bütünlüklə separatçıların tərksilah olmalarını gözləyirik. Bu proses artıq başlayıb. Bəziləri könüllü şəkildə Rusiya sülhməramlılarının nəzarəti ilə tərksilah olublar”.