Kanal D-nin yeni serialı “Piyasa” başlamadan böyük səs-küy yaradıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən serialla ekranlara dönəcəyi gözlənilən müğənni və aktrisa Gülben Ergen layihə başlamadan yollarını ayırıb.
Qeyd edək ki, “Piyasa” media və serial dünyasında sevgi, xəyanət və güc mübarizəsindən bəhs edəcək. Ekran işində Alp Navruz, İlayda Alişan, Fırat Altunmeşe, Zuhal Olcay kimi məşhur simalar yer alacaq.