Ermənistan prezidenti Serj Sərkisyan 2009-cu ildə Türkiyə ilə münasibətlərin normallaşması üçün imzaladığı protokolu ləğv edib.
“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, Sərkisyan qərarını Ermənistan Milli Təhlükəsizlik Şurasının toplantısında açıqlayıb.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Hakopyan məlumat verib.
Qeyd edək ki, iki ölkə arasındakı protokol 10 oktyabr 2009-cu ildə İsveçrənin Sürix şəhərində imzalanmışdı. Ermənistan tərəfindən XİN rəhbəri Eduard Nalbəndyan, Türkiyə tərəfindən isə o vaxtkı xarici işlər naziri Əhməd Davudoğlu protokola qol çəkmişdi.

Son xəbərlər
Son Xəbərlər