Sərnişin avtobusu piyadanı vurdu

sernisin-avtobusu-piyadani-vurdu
Oxunma sayı: 599

Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektinin mərkəzi bazar yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, 5 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən Tağıyev Elşən Arzuman oğlunu vurub.

Nəticədə, piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma başlanılıb.

Ziya Əmirxanlı