Sertifikatlaşdırma nəticəsində 35 mindən çox müəllimin maaşı artıb

sertifikatlasdirma-neticesinde-35-minden-cox-muellimin-maasi-artib
Oxunma sayı: 1439

Bu vaxta qədər 40 600 müəllim sertifikatlaşdırmaya cəlb edilib, onların 88 faizi (35 600) müsabiqədə uğur qazanıb.

“Qafqazinfo”nun məlumatına görə, sertifikatlaşdırmada uğur qazanan 8500 müəllim (21 faiz) 51-60, 27 min (67 faiz) müəllim isə 30-50 bal arası nəticə əldə edib.

Hər iki cəhddə uğursuz nəticə göstərənlər isə təxminən 5 min nəfərdir ki, bu da sertifikatlaşdırmada iştirak edənlərin sadəcə 12 faizini təşkil edir. Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi prosesdə uğur qazanıb.

Qeyd edək ki, sertifikatlaşdırma prosesində uğur qazanmış müəllimlərin əməkhaqqına 10, 50 baldan yuxarı nəticə göstərənlərin maaşına isə 35 faiz əlavə tətbiq olunur. Beləliklə, bu vaxta qədər prosesdə iştirak etmiş 40 600 müəllimdən 35 600-ü əməkhaqqına müvafiq əlavəni alıb.