Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir - Yenilənib

seslerin-90-i-hesablanib-pasinyanin-partiyasi-liderdir
Oxunma sayı: 3346

Ermənistanda dünən keçirilən parlament seçkilərində bülletenlərin 90 faizi hesablanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Mərkəzi Seçki Komissiyası  yayıb. 

Saat 08:00-a olan məlumata görə, 2005 seçki məntəqəsindən 1878-inin nəticələri artıq məlumdur və ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini toplayaraq liderdir.

Bununla yanaşı, “Güclü Ermənistan” bloku  23,31%, “Ermənistan” bloku 9,78%, “Çiçəklənən Ermənistan” partiyası” isə 4,02% səs toplayıb. 

Digər partiyalar isə hələ 4 faizlik həddi keçə bilməyib. 

Ümumilikdə seçkidə 1 224 957 nəfər səs verib. Seçkilərdə 16 partiya və 2 blok iştirak edib.

***

09:00-a olan məlumata görə, Ermənistan MSK 1963 seçki məntəqəsinin səslərini hesablayıb.

Yeni nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,83 faizini toplayıb və liderliyini qoruyur. 

“Güclü Ermənistan” bloku 23,35%, “Ermənistan” bloku 9,93%, “Çiçəklənən Ermənistan” partiyası” isə 3,98% səs toplayıb.