Səudiyyə Ərəbistanı bu tarixdən səyahət qadağasını ləğv edəcək

seudiyye-erebistani-bu-tarixden-seyahet-qadagasini-legv-edecek
Oxunma sayı: 2030

Səudiyyə Ərəbistanı 2021-ci il yanvarın 1-dən vətəndaşlarına qoyulmuş səyahət məhdudiyyətini aradan götürəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Mətbuat Agentliyinin məlumatında deyilir:

“Krallıq təbəələrinin quru, su və hava nəqliyyatından istifadə edərək ölkəyə giriş-çıxışına qoyulmuş məhdudiyyətlər 2021-ci il yanvarın 1-dən aradan götürüləcək. Qadağanın ləğvinin konkret vaxtı qeyd edilən tarixə 30 gün qalmış elan ediləcək”.

Qeyd olunub ki, bunun üçün başlıca tələb sertifikatlaşdırılmış laboratoriyalarda 48 saat əvvəlcədən koronavirus testindən keçməkdir.

Xatırladaq ki, krallıq martın əvvəlindən pandemiya ilə mübarizə tədbirləri çərçivəsində beynəlxalq səyahətlərə qadağa qoyub. Mayın sonundan isə hökumət karantin rejimini tədricən yumşaltmağa başlasa da, beynəlxalq uçuşlara qoyulan qadağa əvvəlki kimi qüvvədə qalmışdı.