Sevgilisinin azərbaycanlı həkimi güllələmək üçün axtardığı an - Video

Sevgilisinin azərbaycanlı həkimi güllələmək üçün axtardığı an
Oxunma sayı: 6262

Avcılarda özəl tibb mərkəzinin sahibi olan Cəlal T.nin həmin mərkəzdə işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı həkim Aidə A.nı silahla vurmaq üçün axtardığı anın görüntüləri yayılıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Aidəni ağır yaralayan və qaçmaq istəyərkən polis tərəfindən tutulan Cəlal həbs edilərək Metris Cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Cəlal səbəbi bilinməyən mübahisədən sonra Aidəyə atəş açıb və onu yaralayıb. Hazırda Bakırköy Dövlət Xəstəxanasında olan azərbaycanlı həkimin vəziyyəti ağırdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi