Sevinc Vaqifqızı da saxlanıldı - Yenilənib

sevinc-vaqifqizi-da-saxlanildi
Oxunma sayı: 14465

“Abzas Media” saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.

***

S.Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Ü.Həsənli və S.Vaqifqızı bu gün məhkəmə qarşısına çıxarılacaq.