Şeymadan keçmiş həyat yoldaşı Acuna doğum günü təbriki - Foto

seymadan-kecmis-heyat-yoldasi-acuna-dogum-gunu-tebriki
Oxunma sayı: 6116

Bloqqer Şeyma Subaşı keçmiş həyat yoldaşı Acun Ilıcalını 51-ci doğum günü münasibəti ilə təbrik edib.

“Qafqazinfo” bildirir ki, İnstaqram hesabının hekayə bölməsində qızı Melisa və Acun Ilıcalı ilə bərabər fotosunu paylaşan Subaşı ingilis dilində bunları yazıb:

“Mənim tək, bir uşaq qədər mehriban atam. Dünyanın ən sevimli və ən müvəffəqiyyətli atası. Doğum günün mübarək. Sənə daha çox uğurlu olacağın bir il arzulayıram. Həyatımızda olduğun üçün çox şanslıyam”.

Qeyd edək ki, Acunla Şeyma 2017-ci ilin sentyabr ayında rəsmi olaraq ailə qurub, 2018-ci ilin sonlarında boşanıb. Onların bu nikahdan 6 yaşlı Melisa adlı qız övladı var.