“Shah Gold ilə qızıl külçənin sahibi ol” lotereyasının ilk qalibləri açıqlandı - Fotolar

shah-gold-ile-qizil-kulcenin-sahibi-ol-lotereyasinin-ilk-qalibleri-aciqlandi
Oxunma sayı: 2466

“Araz” və “Spar” supermarketlər şəbəkəsində “Shah Gold ilə qızıl külçənin sahibi ol” tirajlı stimullaşdırıcı lotereya 1 oktyabr 2022 – 31 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikası ərazisində keçirilir. 

Lotereyada iştirak etmək üçün “Araz” və “Spar” supermarketlər şəbəkəsinin istənilən ticarət nöqtəsində ən azı 10 AZN dəyərində “Shah Gold” çayı almaq lazımdır.

Lotereya iştirakçısı lotereya məhsulunu 10 AZN-dən çox məbləğdə alarsa, hər 10 AZN üçün bir lotereya nömrəsi əldə edəcək. Belə olduğu təqdirdə, lotoreya iştirakçısı öz adına bir neçə lotereya nömrəsi əldə edə bilər. Məsələn, lotereya iştirakçısı 40 Azn dəyərində lotoreya məhsulu alarsa, dörd lotereya nömrəsi əldə edəcək.

Daha sonra lotereya məhsulunun qəbzini www.Shahpromo.az saytından qeydiyyatdan keçirmək, sayta yükləmək lazımdır. Lotereya iştirakçısı aldığı qəbzləri lotereya bitənə qədər özündə saxlamalıdır. Qaliblər mükafatları almazdan öncə qəbzləri təqdim etməlidilər.

Hər çek 48 saat ərzində lotereya şərtlərinə uyğunluq üçün moderasiyadan keçir. Moderasiyadan uğurla keçdikdən sonra hər 10 AZN şəxsi kabinetdə 8 ədədli hərf-rəqəmli kod verilir.

Eyni çekin şəkli lotereyanın bütün müddəti ərzində yalnız bir dəfə sayta yüklənə bilər.

Bir lotereya iştirakçısı lotereyada yalnız bir mobil telefon nömrəsindən istifadə etməklə iştirak etmək hüququna malikdir. Bir lotereya iştirakçısı tərəfindən lotereyada iştirak üçün birdən çox mobil telefon nömrəsindən istifadə halı aşkar edilərsə, həmin lotereya iştirakçısı lotereya çərçivəsində hər hansı hədiyyəni almaq hüququndan məhrum olur.

İkinci dərəcəli hədiyyələr:

Apple IPhone 13 256 Gb Gold – 4 ədəd

Araz 50 manatlıq hədiyyə kuponları – 31 ədəd

Lotereyanın əsas hədiyyəsi: Qızıl külçə 100 qr (nümunə 999,9, ölçü 50x30,2x3,60 mm)

Stimullaşdırıcı lotoreyanın hədiyyələrinin qalibləri qeyd olunan günlərdə müəyyən olunacaq:

Araz 50 manatlıq hədiyyə kuponları – 31 ədəd, hər gün

Apple IPhone 13 256 Gb Gold – 4 ədəd

Qızıl külçə 100 qr

02.10.2022 – 01.11.2022

31 Gün

Həftədə bir dəfə – 11.10.22

18.10.22

25.10.22

02.11.22

 

Bütün lotereya üçün 1 dəfə 04.11.22

Daha ətraflı məlumat üçün www.Shahpromo.az saytını ziyarət edə bilərsiniz. Qaynar xətt: (+994) 99 899 88 41

Lotereyanın ilk həftəsinin qalibləri müəyyənləşib: