Si Cinpin yenidən Çin Sədri seçildi

si-cinpin-yeniden-cin-sedri-secildi
Oxunma sayı: 1411

Si Cinpin 14-cü çağırış Ümumçin Xalq Nümayəndələri Yığıncağının birinci sessiyasında yenidən Çin Sədri seçilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar deputatlar tərəfindən yekdilliklə verilib. 

Bununla da, 70 yaşlı S.Cinpin üçüncü dəfə 5 il müddətinə Çinə rəhbərlik edəcək.

Qeyd edək ki, Cinpin daha əvvəl 2013 və 2018-ci illərdə Çin Sədri seçilib.