Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq

silahi-yere-qoyan-ermeniler-qarabagdan-bu-yollarla-cixacaq
Oxunma sayı: 6589

"20 sentyabrda əldə olunmuş razılaşmaya uyğun olaraq, silahı yerə qoyaraq tərksilah və tərxis olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycanın Qarabağ bölgəsindən Laçın-Xankəndi və Kəlbəcər-Basarkeçər istiqamətində çıxışı təmin olunacaq".

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Keçidin təmin olunması üçün avtobuslar və şəxsi nəqliyyat vasitələrindən istifadə olunacaqdır”, - deyə DİN-dən bildirilib.