Silahlı şəxs qarşısına çıxanı güllələdi - Azərbaycanlı da yaralandı

silahli-sexs-qarsisina-cixani-gulleledi
Oxunma sayı: 652

İstanbulda silahlı şəxs biri azərbaycanlı olmaqla, 6 nəfəri yaralayıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Bahçelievlər adlanan ərazidə baş verib. Belə ki, sevgilisinə hirslənən 21 yaşlı Eray A. silahla küçədə qarşısına çıxan hər kəsi atəşə tutub. 

Nəticədə 6 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan azərbaycanlı da daxil olmqala 3-nün vəziyyəti ağırdır. Məlumata görə, hadisəni törədən Eray A. ərazidən uzaqlaşaraq qaçıb.

Aysel Kərimova