“Şimal axını”nda dördüncü sızma halı aşkarlandı

simal-axininda-dorduncu-sizma-hali-askarlandi
Oxunma sayı: 2094

İsveçin Sahil Mühafizə Xidməti “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində dördüncü sızma halını qeydə alıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Svenska Dagbladet” qəzeti yayıb.

Məlumata görə, sızmaların 2-si İsveçin, digər 2-si isə Danimarkanın iqtisadi zonasında yerləşir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb.