Türkiyənin İsparta-Konya avtomobil yolunun Bağıllı kəndi yaxınlığında tur avtobusu aşıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 3-ü ağır olmaqla 15 nəfər yaralanıb. Yaralılar bölgədəki müxtəlif xəstəxanalara çatdırılıb.
Avtobusun Konyadan İspartaya görməli yerləri gəzmək üçün getdiyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər