16 yaşlı yeniyetməni maşın vurub öldürdü

16-yasli-yeniyetmeni-masin-vurub-oldurdu
Oxunma sayı: 708

Qəbələdə 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb.

“Qafqazinfo”nun məlumatına görə, dünən saat 22 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində Rabil Abdullayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 16 yaşlı Yusif Əhmədlini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov