Trampdan Hörmüzlə bağlı mühüm qərar

trampdan-hormuzle-bagli-muhum-qerar
Oxunma sayı: 1005

Hörmüz boğazında 60 gün müddətində - həm atəşkəs zamanı, həm də onun bitməsindən sonra heç bir rüsum alınmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində məlumat verib.

“Razılıq əldə olunmadığı üçün Birləşmiş Ştatlar tərəfindən və öz mənfəəti üçün həyata keçirilmədikcə, Hörmüz boğazında nə 60 günlük atəşkəs zamanı, nə də bu müddət bitdikdən sonra heç bir rüsum alınmayacaq”, - Tramp bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, bu cür ödənişlər keçmiş, indiki və gələcək xərclərin ödənilməsi üçün Yaxın Şərq ölkələrinə “qoruyucu mələk” kimi göstərilən xidmətlər müqabilində toplana bilər.