Simonyan Ankarada Mustafa Şentopla görüşəcək

simonyan-ankarada-mustafa-sentopla-gorusecek
Oxunma sayı: 1203

Ermənistan parlamentinin spikeri Alen Simonyan Ankaraya səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Simonyanın mətbuat katibi Çovinar Xaçatryan açıqlayıb.

Xatırladaq ki, Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyəyə yola düşüb. Erməni deputatlar Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 30 illiyinə həsr olunan sammitdə iştirak edəcəklər.

Həmçinin oxuyun: Президент выступает на международной конференции в Шуше - Прямая трансляция