Şirvan kanalından tapılan meyitin kimliyi müəyyənləşdi - Yenilənib

sirvan-kanalindan-tapilan-meyitin-kimliyi-mueyyenlesdi
Oxunma sayı: 3919

Şirvan kanalından meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, "112" qaynar xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Mirzəhüseynli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin meyitinin müşahidə olunması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, ötən ayın 23-də itkin düşən 1963-cü il təvəllüdlü Ağdaş şəhər sakini Rəcəbov Comərd Musa oğlunun meyiti bu gün günorta saatlarında Göyçay rayonunun Mirzəhüseynli kəndi ərazisindən keçən su kanalında aşkar edilib.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.