Şirvanda 9-cu sinif şagirdi məktəbli yoldaşını bıçaqladı

sirvanda-9-cu-sinif-sagirdi-mektebli-yoldasini-bicaqladi
Oxunma sayı: 1828

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə iştirakçıları məktəblidir. Ü.Ş-nin 9-cu sinif şagirdi olduğu bildirilir.