Şirvanda Vətən müharibəsi şəhidləri anıldı - Fotolar

sirvanda-veten-muharibesi-sehidleri-anildi
Oxunma sayı: 2319

27 sentyabr - Anım Günü ilə əlaqədar Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ilk olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları şəhərin mərkəzi meydanında ucalan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

İlqar Abbasov şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

İcra Hakimiyyətinin başçısı çıxış edərək 2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb.

Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb.

Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.