SOCAR 60,7 min tonadək dizel yanacağı ixrac edib

socar-607-min-tonadek-dizel-yanacagi-ixrac-edib
Oxunma sayı: 635

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin mart ayında 60 min 674 ton dizel yanacağı, 3 min 960 ton təyyarə yanacağı, 7 min 912 ton yüksək təzyiqli polietilen, 2 min 355 ton mütləqləşdirilmiş izopropil spirti, 4 min 814 ton maye piroliz qətranı, 2 min 895 ton propilen və 3 min 895 ton butilen butadien fraksiyası ixrac edib.

"Qafqazinfo" SOCAR-ın saytına istinadən xəbər verir ki, ümumilikdə, 2017-ci ilin yanvar-mart ayları ərzində 205 min 827 ton dizel yanacağı, 14 min 896 ton təyyarə yanacağı, 24 min 279 ton yüksək təzyiqli polietilen, 3 min 989 ton mütləqləşdirilmiş izopropil spirti, 17 min 212 ton maye piroliz qətranı, 11 min 188 ton propilen və 8 min 677 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 517,72 ABŞ dolları, təyyarə yanacağının - 475,47 dollar, dizel yanacağının - 448,48 dollar, yüksək təzyiqli polietilenin - 1288 dollar, butilen butadien fraksiyasının - 752,08 dollar, maye piroliz qətranının - 517,72 dollar, propilenin qiyməti - 865 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1330 avro təşkil edib.