Soledarda ağır döyüşlər gedir

soledarda-agir-doyusler-gedir
Oxunma sayı: 2661

Donetsk vilayətinin Soledar şəhərində Rusiya və Ukrayna hərbçiləri arasında ağır döyüşlər gedir.

“Qafqazinfo” “Unian”a istinadən xəbər verir ki, ukraynalı hərbçilər artıq 8 sutkadır ki, fasiləsiz döyüşü davam etdirirlər. 

Döyüşlər nəticəsində Rusiya tərəfinin böyük itkilər verdiyi qeyd olunur. 

Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç isə öz növbəsində qeyd edib ki, Rusiya ordusu Soledara nəzarəti ələ keçirərək Baxmutdan ayırmaq istəyirlər. Bununla yanaşı, rusiyalı hərbçilərin Soledar-Slavyansk yolunu kəsməyə çalışdıqları da bildirilir.

Xatırladaq ki, Rusiya ordusu Soledar şəhərindən cənubda yerləşən Baxmutskoe kəndinə nəzarəti ələ keçirib