“Solğun çiçəklər”in baş qəhrəmanları illər sonra - Foto

solgun-ciceklerin-bas-qehremanlari-iller-sonra
Oxunma sayı: 5395

“Solğun çiçəklər” teletamaşasının baş qəhrəmanları “Sara” və “Bəhram”ı canlandırmış aktyorlar 35 ildən sonra yenidən bir araya gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən fotonu “Sara” obrazının ifaçısı Əməkdar artist Mehriban Abdullayeva feysbukda paylaşıb.

Həmçinin oxuyun: Ведущая Нане предстала в образе японки - Фото

Азербайджанским судьей, вошедшим в историю, оказался брат певца Джина - Фото

Fotoda “Bəhram” obrazını canlandırmış Xalq artisti Nurəddin Mehdixanlı da yer alıb.

““Solğun çiçəklər” 35 ildən sonra. Sara və Bəhram”, - aktrisa paylaşımında yazıb.  

Abdullayevanın paylaşımı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Solğun çiçəklər” teletamaşası 80-ci illərin sonlarında işıq üzü görüb. M. Abdullayeva müsahibələrinin birində etiraf edib ki, Sara obrazı sənət taleyində böyük rol oynayıb. Əməkdar artist bu rola görə mərhum rejissor Ağakişi Kazımova minnətdardır: “23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm”.