Son sutkada 500-ə yaxın doza vaksin vurulub

son-sutkada-500-e-yaxin-doza-vaksin-vurulub
Oxunma sayı: 1098

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 480 nəfər vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 188, ikinci doza üzrə 58, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 197-dir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 37-dir.