“Son zəng” çalındı... - Fotolar

son-zeng-calindi
Oxunma sayı: 18705

Bu gün Azərbaycanın ümumi təhsil məktəblərində “Son zəng” çalınır.

Paytaxt məktəblərində keçirilən tədbirlərdə təhsil ocaqlarının şagird-müəllim heyəti, məzunlar və valideynlər iştirak edirlər.

11 ildir oxuduqları məktəblə vidalaşan məzunlar həm sevincli, həm də kədərli görünürdülər. Həyəcanlı və təəccüblü birincilər əllərində çiçəklə ürkək baxışlarla ətrafa boylanırdılar.

Tədbirdə çıxış edən müəllimlər şagirdləri ilə bağlı xoş xatirələrini bölüşərək onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi sinfi bitirib. 

“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Akademik Zərifə Əliyeva adına liseydəki “Son zəng” tədbirindən çəkdiyi fotoları təqdim edirik: