Tələbə Samir də dəfn edildi - Video

telebe-samir-de-defn-edildi
Oxunma sayı: 4495

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevlə Gədəbəydə vida mərasimi keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və s. şəxslər iştirak edir.
Mərhum Gədəbəyin İnəkboğan kəndində dəfn olunacaq.

***

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyev dəfn edilib.

Dəfndə mərhumun ailə üzvləri,yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, S.Quliyev Malatya şəhərində yerləşən İnönü Universitetinin tələbəsi olub. Onunla birlikdə daha 3 azərbaycanlı tələbə dağıntılar altında qalaraq həlak olub.

Yunis Quliyev