Şoyqu Ukraynadakı əməliyyatın nə qədər davam edəcəyini açıqladı

soyqu-ukraynadaki-emeliyyatin-ne-qeder-davam-edeceyini-aciqladi
Oxunma sayı: 5503

“Ukraynadakı xüsusi hərbi əməliyyat Ali Baş Komandanın qarşıya qoyduğu tapşırıqlar tam olaraq yerinə yetirilənə qədər davam edəcək”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində “Luqansk Xalq Respublikası”nın 670 kvadrat kilometr ərazisi Rusiya ordusunun nəzarəti altına keçib.