“Star Trek”in kapitan Pikarı vəfat etdi

star-trekin-kapitan-pikari-vefat-etdi
Oxunma sayı: 179

“Star Trek” serialındakı kapitan Jan-Lük Pikar və “X-Men” filmlərindəki professor Çarlz Ksavyer rolları ilə dünya şöhrəti qazanmış britaniyalı aktyor ser Patrik Stüart 86 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Aktyorun nümayəndəsi Kelli Buş Novakın sözlərinə görə, Stüart çərşənbə günü Los-Ancelesdəki evində Altsheymer xəstəliyi və Levi cisimcikləri demensiyası ilə mübarizədən sonra dinc şəkildə həyata gözlərini yumub.

Qeyd edək ki, 1940-cı ildə İngiltərənin Mirfild şəhərində anadan olan Stüart 1980-ci illərin sonunda “Star Trek: The Next Generation” serialında Pikar roluna təsdiqlənib. Layihə yeddi mövsüm davam edərək 1994-cü ildə başa çatıb və ardınca dörd tammetrajlı film çəkilib.

2000-ci ildə Stüart “X-Men” filmində Ksavyer obrazını canlandırıb. O, ümumilikdə bu franşizanın yeddi filmində, o cümlədən 2017-ci ildə işıq üzü görən “Loqan” kinosunda rol alıb.

Xatırladaq ki, 2010-cu ildə Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən rəsmi olaraq cəngavər titulu verilən aktyor 2020-ci ildə “Star Trek: Picard” serialı ilə yenidən öz məşhur obrazına qayıtmışdı.